Monqollar prezident seçə bilmirlər: ÖLKƏ TARİXİNDƏ İLK
Bizi izləyin

Dünya

Monqollar prezident seçə bilmirlər: ÖLKƏ TARİXİNDƏ İLK

Monqolustan əhalisi prezident seçə bilmir.

Publika.az xəbər verir ki, MSK-nın məlumatına görə, iyunun 26-sı Monqolustanda baş tutmuş prezident seçkilərində qalib müəyyən olunmayıb. Odur ki, ölkə tarixində ilk dəfə olaraq, iki rəqib arasında yenidən səsvermə keçiriləcək.

Prezidentliyə namizədlərin biri, keçmiş döyüş filmlərinin məşhur ulduzu, ölkənin eks-nəqliyyat naziri Haltmaaqiyn Battulqadır. O, seçkilərdə müxalif Demokratik Partiyanı təmsil edir.

Ölkənin informasiya vasitələri Battulqanı Monqolustanın ən varlı şəxslərindən biri kimi təqdim edirlər.

Onun rəqibi Mieehombin Enhbold isə keçmiş baş nazir və ölkəni idarə edən Xalq Partiyasının nümayəndəsidir.

Hazırda ölkə parlamenti ikinci rəqibi daha çox dəstəkləyir. Xalqın qərarı isə bu günlərdə bəlli olacaq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm