Merkel homoseksualları sevindirdi
Bizi izləyin

Dünya

Merkel homoseksualları sevindirdi

Almaniyanın kansleri Angela Merkel bəyan edib ki, lideri olduğu Xristian Demokratik Birliyi partiyası eynicinsli nikahlara qarşı münasibətini Bundestaqda qəti şəkildə bildirməlidir.

Kansler Berlindəki çıxışı zamanı qeyd edib ki, Bundestaqda müzakirəyə qoyulacaq “eynicinsli nikah” mövzusunda XDB-nin nümayəndələri öz vicdanlarının səsini dinləyib, istədikləri kimi qərar verməlidirlər.

Bundan əvvəl partiya bu mövzuya daim qəti etirazını bildirirdi. Sonradan bəlli oldu ki, bir çox deputat siyasi disiplinə riayət etməli olduqları üçün bu addımı atıb. Yoxsa bu qanunun qəbul olunmasını dəstəkləyərdilər.

Merkelin bu çıxışı yəqin ki, homoseksualların işinə yarayacaq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm