Dünya
Senator: "ABŞ-ın körfəz dövlətlərinə silah satışına icazə verilməyəcək"
"Qətərlə bəzi ərəb dövlətləri arasında mövcud böhran həll edilməyənədək ABŞ-ın Körfəz ölkələri İqtisadi Əməkdaşlıq Şurasının üzv dövlətlərə silah satışına icazə verilməyəcək".
Publika.az report.az-a istinadən bildirir ki, bunu ABŞ Senatının xarici işlər komitəsinin sədri senator Bob Korker ölkəsinin dövlət katibi Reks Tillersona yazdığı məktubda bildirib.
Senator ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına
səfərinə toxunaraq qeyd edib ki, bölgə dövlətləri bu ziyarətdən
təhlükəsizlik və əmin-amanlıq üçün istifadə etmədilər: "Təəssüf ki,
onlar qarşıdurmanı seçdilər. Bütün ölkələr terrorçuluğa qarşı
mübarizədə daha çox iş görməlidir. Ancaq Körfəz ölkələri İqtisadi
Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında son zamanlar yaranan
anlaşılmazlıqlar terrorçu İŞİD qruplaşması və İrana yönəli
fəaliyyətə zərər verir. Bu kimi səbəblərə əsasən, böhran həll
edimədən bölgədəki ərəb dövlətlərinə silah satışına icazə
təsdiqlənməyəcək".
Qeyd edək ki, ABŞ bu yaxınlarda Səudiyyə Ərəbistanı ilə 110
milyard, Qətərlə 12 milyard dollarlıq silah və hərbi texnikaya dair
müqavilə imzalayaıb. Senatorun elan etdiyi qərarın bu müqavilələrə
də təsir edəcəyi gözlənilir.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA