Türkiyədə bayram günləri faciəsi - 64 nəfər öldü
Bizi izləyin

Dünya

Türkiyədə bayram günləri faciəsi - 64 nəfər öldü

Qardaş Türkiyədə ən çox sevilən bayramlardan olan Ramazan bayramı bir çox ailələr üçün yasa çevrilib. Belə ki, qonşu ölkədə bayram tətilində baş verən qəzalarda ümumilikdə 64 nəfər ölüb, 379 nəfər yaralanıb.

DHA xəbər agentliyinin məlumatına görə, ən çox ölüm hadisəsi şənbə günü qeydə alınıb: 26 nəfər.

25 və 26 iyunda isə ümumilkdə 31 nəfər yol qəzalarında həlak olub. Bayramın ilk günündə 1, son günündə isə 6 nəfər qəza qurbanı olub.

Beləcə, Türkiyədəki 5 günlük bayram tətili son illərdəki ən böyük ölüm statistikası ilə yadda qalıb.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm