Rusiya hərbçisi Ukraynaya əsir düşdü - - FAKT
Bizi izləyin

Dünya

Rusiya hərbçisi Ukraynaya əsir düşdü - - FAKT

Rusiya Silahlı Qüvvələrində müqaviləli əsaslarla xidmət edən 22 yaşlı Rusiya hərbi qulluqçusu Viktor Aqeyev Ukraynaya əsir düşüb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin 93-cü ayrı mexanikləşdirilmiş briqadasının komandanlığından bildiriblər.

Məlumata görə, Aqeyevin anası, onun dostları və keçmiş iş yoldaşları təsdiq ediblər ki, o 2016-cı ildə hərbi xidməti bitirdikdən sonra müqaviləli əsaslarla orduda qalıb.

Kəşfiyyatçı olan Aqeyev iyunun 24-də saxlanılıb. Sosial şəbəkədə onun pasportu və hərbi biletinin fotosu dərc edilib.

“Obozrevatel” nəşrinin yazdığına görə, iyunun 24-də Ukrayna hərbçiləri 6 nəfərlik rusiyayönlü terrorçular qrupunu zərərsizləşdiriblər. Aqayev də daxil olmaqla 4 nəfər əsir götürülüb, 2 nəfər öldürülüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm