• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Soma üçün məşhurlardan xeyriyyə yardımı – SİYAHI

  • Dünya
  • 17 May 2014 15:44
  • 661 Baxış
Soma üçün məşhurlardan xeyriyyə yardımı – SİYAHI

Dünyanın məşhur şəxsləri və futbol klubları Türkiyədə baş verən faciə ilə əlaqədar xeyriyyə yardımları edir.

13 may tarixində Türkiyənin Manisa şəhərinin Soma qəsəbəsində kömür mədənində baş verən faciədə son açıqlanan rəqəmlərə görə 298 nəfər dünyasını dəyişib.

Faciə ilə əlaqədar Türkiyədə 3 günlük matəm elan edildi. Bir sıra ölkələr, o cümlədən Azərbaycan da başsağlığı məktubları yollayıb.

Bundan başqa dünyanın məşhur şəxsləri sosial şəbəkələr vasitəsilə öz kədərlərini ifadə ediblər. Bir sıra məşhur klublar isə oyundan öncə və qol vurulan zaman Soma faciəsini sükutla yad ediblər.

Faciədə həyatını itirən mədənçilərin ailələrinə isə dəstəklər davam edir. Yardım edənlər sırasına təkcə Türkiyədən deyil, digər ölkədən olan məşhurlar da qoşulub. Gün.Az onların siyahısını təqdim edir:

Kristinao Ronaldo (Real Madrid): 3 milyon dollar + 4 ailənin 5 illik bütün xərcini qarşılayacaq

Lionel Messi (Barselona): Atasını itirən 2 uşağa sərvət bağışlayacaq.

İngiltərə kraliçası Elizabet: 283 ailəyə müəyyən məbləğdə yardımlar edəcək.

Volkan Dəmirəl (Fənərbaxça): - 157 ailənin bütün borclarını ödəyib.

Fernando Muslera (Qalatasaray): Bu sezon alacağı gəliri həin ailələr üçün xərcləyəcək.

Castin Bieber: Somaya dəstək üçün sabah hadisə baş verən yerə ziyarət edəcək.

Rihanna: Konsertini təxirə salıb, Soma üçün xeyriyyə yardımı edəcək.

“Qalatasaray” futbol klubu: 15 milyon dollar yardım edib:

“Fənırbaxça” futbol klubu: Qazanılan çempionluq pulunu ailələrə bağışlayıb.

“Beşiktaş” futbol klubu: Bu sezonun son matçında keçiriəcəyi oyunun bilet gəlirlərini və oyunçuların 1 oyunluq maaşını ailələrə bağışlayacaq.

“Qalatasaray” və “Atletiko Madrid” klubları avqust ayında xeyriyyə matçı keçirəcək və oyundan əldə ediləcək gəliri ailələrə bağışlayacaq. /Gün.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR