Fransa ilə ABŞ razılaşdı – BİRLİKDƏ VURACAQLAR
Bizi izləyin

Dünya

Fransa ilə ABŞ razılaşdı – BİRLİKDƏ VURACAQLAR

Prezidentlər koordinasiyalı şəkildə birgə cavab vermək qərarına gəliblər.

Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp Suriyada kimyəvi silah hücumu həyata keçiriləcəyi halda, koordinasiyalı şəkildə birgə cavab vermək qərarına gəliblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Yelisey Sarayından verilən məlumata görə, razılaşma dövlət başçıları arasında reallaşan telefon söhbətində əldə olunub.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) dünənki bəyanatında Suriya rejiminin Şayrat hərbi hava bazasında yeni və daha genişmiqyaslı kimyəvi hücuma hazırlaşdığını açıqlayıb.

Fransa prezidenti isə daha əvvəl bildirmişdi ki, Suriyada kimyəvi silah anbarlarının yeri müəyyən edilərsə, onları təkbaşına məhv edəcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm