Brüssel məhkəməsindən Ərəb şahzadələrinə qarşı ŞOK QƏRAR
Bizi izləyin

Dünya

Brüssel məhkəməsindən Ərəb şahzadələrinə qarşı ŞOK QƏRAR

Brüssel məhkəməsi Birləşmiş Ərəb Əmirliklərinin şahzadələrinə qarşı 10 il əvvəl qaldırılan iddiaya əsasən, qərar qəbul edib.

Publika.az xəbər verir ki, məhkəmə Birləşmiş Ərəb Əmirliklərinin 8 şahzadəsinin xidmətçilərinə pis rəftar etdiklərini sübuta yetirərək onlara 15 ay həbs və 1,3 milyon avro cərimə cəzası kəsib. Sənəddə müttəhimlərin 23 qadın xidmətçiyə kölə kimi davrandıqları, tullantı qidalarla qidalanmağa məcbur edildikləri və xidmətləri müqabilində onlara pul ödəmədikləri qeyd olunub.

Belə ki, El Nahyan ailəsinin 8 üzvü lüks bir otelin bir mərtəbəsini icarəyə götürüb və burada aylarla qalıblar. Şahzadələr özləri ilə gətirdikləri xidmətçi qadınlara kölə kimi davranıblar. Artıq qidalarla qarınlarını doydurmaq məcburiyyətində qalan xidmətçilər gecə-gündüz çalışarkən, xidmət etdikləri şahzadələrin otaqlarının qarşısında yalnız bir neçə saat yatıblar, ya da bir otağa dürtülüblər. Oturma və ya iş icazələri olmayan qulluqçuların bəzilərinə çox az ödəniş edilərkən, digərləri isə heç bir qəpik də haqq almayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm