Ermənistana gedən qaz kəmərini sel dağıtdı, Ölənlər var
Bizi izləyin

Dünya

Ermənistana gedən qaz kəmərini sel dağıtdı, Ölənlər var

Bu gün Şimali Osetiyadan başlayan güclü sel Gürcüstan ərazisində də dağıntılara səbəb olub.

Bu gün Şimali Osetiyadan başlayan güclü sel Gürcüstan ərazisində də dağıntılara səbəb olub.

Şimali Osetiyanın paytaxtı Vladiqafqazda Terek çayının məcrasından çıxması ilə bağlı fövqəladə vəziyyət elan olunub.

Dağlardan gələn sel Gürcüstanda tuneli bağlayıb, Ermənistana gedən qaz kəmərini dağıdıb və hərbi-Gürcüstan yolunda hərəkətin dayanmasına səbəb olub.

Gürcüstanda SES tikintisində işləyən 3 Türkiyə vətəndaşının öldüyü bildirilir, lakin su basan tuneldə adamların qaldığı və ölənlərin sayının arta biləcəyi açıqlanıb.

Son məlumatlara görə, Şimali Osetiyada selin gücü nisbətən azalsa da Gürcüstanla sərhəddəki yaşayış məntəqələrinin əhalisi evakuasiya olunur. /Virtualaz.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm