Dünya
Quru əməliyyatı an məsələsidir - HƏDƏFLƏR MÜƏYYƏN EDİLDİ - VİDEO
Türkiyə Suriyanın Afrin bölgəsində quru əməliyyatı keçirəcək.
Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri YPG (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu - red.) terror təşkilatının nəzarəti altında olan Afrində əməliyyat üçün hazırlıqlarını başa çatdırıb.
2014-cü il yanvarın 24-dən Afrinə nəzarət edən YPG bu müddət ərzində müxtəlif nöqtələrdən Türkiyə ərazisinə 17 dəfə atəş açıb. YPG silahlılarının Hələbdən qaçan və Türkiyəyə keçmək istəyən insanlara atəş açması, yaxud da onlardan xərac alması Ankaranın səbrini daşıran son hadisə olub. Türkiyə terror təşkilatının hücumlarının qarşısını almaq üçün bölgədə quru əməliyyatının keçirilməsi barədə qərar qəbul edib. Bu istiqamətdə hazırlıq 38 gün əvvəl başlanıb.
Rusiya ilə ikinci dəfə qarşı-qarşıya gəlmək istəməyən Ankara son 12 gündə 9 dəfə Moskva ilə danışıqlar aparıb. Türkiyə Rusiya əsgərlərinin əməliyyatdan əvvəl bölgədən çəkilməsi istiqamətində əhəmiyyətli məsafə qət edib.
Rusiyanın diplomatik mənbələrin verdiyi məlumata görə, Afrin əməliyyatdan sonra təhlükəsiz bölgə olacaq. Burada Türkiyə və Rusiya hərbiçilərinin birgə təhlükəsizliyini təmin edəcəyi İdlib modeli tətbiq olunacaq.
Əməliyyatın ən az 70 gün davam etməsi gözlənilir.
Ömər
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti