İŞİD nə qədər yaşayacaq? - MƏRUZƏ
Bizi izləyin

Dünya

İŞİD nə qədər yaşayacaq? - MƏRUZƏ

İŞİD terror qruplaşması bundan sonra bir il yaşamayacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu proqnozla IHS Markit beynəlxalq ekspert təşkilatının nəzdində fəaliyyət göstərən “Conflict Monitor” analitik qrupunun məruzəsində deyilir.

“İŞİD lideri Əbubəkr əl-Bağdadinin “xilafət” elan etməsindən üç il sonra qruplaşma nəzarət etdiyi ərazinin 60, gəlirlərinin isə 80 faizini itirib. Bu o deməkdir ki, İŞİD dördüncü ilini yaşamayacaq. İŞİD 2015-ci ilin yanvarında 90,8 min kvadrat kilometr əraziyə nəzarət edirdi, 2017-ci ilin iyununda isə 36,2 min kvadrat kilometr əraziyə nəzarət edir", - məruzədə deyilir.

Məruzəyə görə, İŞİD yalnız 2017-ci ilin əvvəlindən nəzarət etdiyi ərazilərin 40 faizini itirib.

“Son üç il göstərdi ki, bu qruplaşma tərəfindən “dövlətlər”in yaradılması layihəsi iflas etdi. Böyük ehtimalla İŞİD-in qalan strukturu bu ilin sonuna kimi dağılacaq və yalnız təcrid edilmiş rayonlarında qalacaq. Yekunda 2018-ci ildə İŞİD-in əlindəki ərazilər üzərində nəzarət tamamilə bərpa ediləcək”, - məruzədə qeyd edilir.

Bildirilir ki, 2015-ci ilin ikinci rübündə qruplaşmanın orta aylıq gəliri 81 milyon dollar təşkil edirdisə, 2017-ci ilin ikinci rübündə bu göstərici 16 milyon dollar qədər, yəni 80 faiz azalıb.

Amma ekspertlər qeyd edirlər ki, İŞİD-dən terror təhlükəsinin səviyyəsi yalnız artacaq: “Hərbi məğlubiyyətlər İŞİD-i dəstəkləyənlərin baxışlarına əhəmiyyətli təsir göstərməyəcək. Ərazi itkiləri xaricdə terror aktlarının həyata keçirilməsi üzrə kampaniyanı aktivləşdirməyə stimullaşdıracaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm