Dünya
Rusiya qüvvələrini "3 günə məhv edən" şahzadə geri çəkildi
Səudiyyə Ərəbistanının rəsmi informasiya agentliyi (SPA) krallığın yeni vəliəhdi və müdafiə naziri Məhəmməd bin Salman Əl-Səudun anti-Rusiya bəyanatlarını təkzib edib.
Publika.az xəbər verir ki, agentlik bu haqda şəxsi mənbəyinə istinadən bildirib.
“Bəzi KİV-lər iki dost ölkəsinin münasibətlərinə zərər vermək məqsədi ilə Səudiyyə Ərəbistanı və Rusiyanın yüksək vəzifəli şəxslərinin adından xəbərləri yaymağa çalışırlar”, - mənbə SPA agentliyinə deyib.
Qeyd edək ki, ötən həftə bəzi KİV-lərin yazdığına görə, Səudiyyə Ərəbistanında kral Salmanın varisi elan edilən 31 yaşlı şahzadə Rusiyaya qarşı çox sərt mövqedən çıxış edib. Deyilənə görə, iyunun 23-də mətbuat üçün rəsmi bəyanatında şahzadə Məhəmməd Rusiyanı və prezident Putini Səudiyyə Ərəbistanı üçün “başlıca təhdid” adlandırıb.
“Hesab edirəm ki, Suriyada başı əzilməli olan bir çox terrorçu qruplar var. Lakin əsas təhdid ruslardır”, - KİV şahzadədən sitat gətirib.
Xəbərlərə görə, o, hətta Suriyadakı Rusiya qüvvələrini “üç günə məhv edə biləcəklərini” bildirib.
Ömər
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY