Avropa Yayım Birliyi Ukrayna İctimai Televiziyasını cərimələdi
Bizi izləyin

Dünya

Avropa Yayım Birliyi Ukrayna İctimai Televiziyasını cərimələdi

Avropa Yayım Birliyi Ukrayna İctimai Televiziyasını cərimələyib.

Publika.az xəbər verir ki, buna səbəb Ukrayna İctimai Televiziyasının Rusiyanı təmsil edən Yuliya Samoylovanın yarışmada iştirakını təmin etməməsidir.

Cərimənin məbləği haqqında məlumat verilmir.

Qeyd edək ki, bir müddət əvvəl Avropa Yayım Birliyi Rusiya təmsilçisi ətrafında yaranmış vəziyyətin yarışmanın nüfuzuna xələl gətirdiyini bəyan edib.

Ukrayna İctimai Televiziyasının rəhbəri Zurab Alasaniya “Eurovision” Təşkilat Komitəsinin tövsiyəsini Ukrayna İctimai Televiziyasını “boğmaq cəhdi” adlandırıb.

Qeyd edək ki, “Eurovision 2017” mahnı yarışması may ayında Kiyevdə keçirilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm