• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

BMT Ukraynaya sülhməramlı hərbi qüvvə yeridə bilər

  • Dünya
  • 18 May 2014 11:41
  • 560 Baxış
BMT Ukraynaya sülhməramlı hərbi qüvvə yeridə bilər

BMT baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Simonoviç bildirib ki, Ukraynanın cənub-şərqində baş verən hadisələr ona daha çox 1990-cı illərin əvvəllərində doğma Xorvatiyanı xatırladır.


"Qorxuram ki, adekvat təxirəsalınmaz tədbirlər görülməsə, ölkə geri qaytarılma nöqtəsinə çatacaq", - diplomat şənbə günü axşam BBC-yə müsahibəsində deyib.

Simonoviçin bildirdiyinə görə, BMT Ukraynanın cənub-şərqində qətllər, işgəncələr və adam oğurluğu çoxsaylı faktlar haqqında təsdiq olunmuş məlumatlara malikdir.

Silahlı separatçılar hakimiyyətlə danışıqlardan imtina etməyi davam edəcəklər. Onlar şənbə günü Aleksandr Borodayın qondarma "Donetsk respublikasının" "baş naziri" vəzifəsinə təyin edilməsi barədə elan ediblər. /Trend/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR