İran il ərzində üç peykini kosmosa buraxacaq
Bizi izləyin

Dünya

İran il ərzində üç peykini kosmosa buraxacaq

İran bu il ərzində öz istehsalı olan üç peykinin kosmosa buraxılmasına hazırdır. Bu barədə İranın kosmik agentliyinin rəhbəri Həmid Fazeli bazar günü bildirib.

İran bu il ərzində öz istehsalı olan üç peykinin kosmosa buraxılmasına hazırdır. Bu barədə İranın kosmik agentliyinin rəhbəri Həmid Fazeli bazar günü bildirib.

""Tadbir", " Sharif Sat" və "Fajr" peykləri cari il ərzində kosmosa buraxılacaq", - Fazeli bildirib.

O, əlavə edib ki, "Tadbir" peyki İranın elm və texnologiya universiteti ilə əməkdaşlıq şəraitində hazırlanır, Şərif Texnologiya universitetinin tələbə və alimləri isə "Sharif Sat"ın hazırlığı ilə məşğuldurlar.

""Fajr" peyki ölkənin müdafiə nazirliyi tərəfindən yaradılıb ", - Fazeli deyib.

İran 2009-ci ildə özü tərəfindən müstəqil şəkildə hazırlanmış Omid (Ümid) ilk kosmik peykini buraxıb.

İran 1959-cu ildə yaradılan BMT-nin sülh yolu ilə kosmik fəzanın istifadəsi Komitəsinin əsasını qoyan 24 üzvündən biri olub. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm