Ukraynadan Rusiyaya 100 milyard dollarlıq iddia
Bizi izləyin

Dünya

Ukraynadan Rusiyaya 100 milyard dollarlıq iddia

Ukraynadan Rusiyaya 100 milyard dollarlıq iddia

Ukrayna Rusiyaya qarşı 100 milyard dollar iddia ilə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməyə hazırlaşır.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti səlahiyyətlərinin müvəqqəti icraçısı, Ali Rada sədri Aleksandr Turçinov bildirib.

A.Turçinov qeyd edib ki, iddianın hazırlanmasına səbəb Rusiyanın birtəfərli qaydada təbii qazın qiymətini artırması və təcavüz nəticəsində Ukraynaya milyardlarla dollar zərər vurmasıdır. O, Rusiyanın şantajla məşğul olmağa adət etdiyini söyləyib: “Qaz şantajı yalnız Ukraynaya deyil, başqa ölkələrə də təzyiqin sevimli formasıdır. Bu biabırçılığa son qoymağın vaxtı çatıb. Rusiyanın təcavüzü, xüsusi olaraq Krımın işğalı Ukrayna iqtisadiyyatına 100 milyard dollardan çox zərər vurub. Hazırda Ukrayna Ədliyyə Nazirliyi Rusiyaya qarşı 100 milyard dollarlıq iddianı hazırlayır”.

Ali Rada sədri bildirib ki, Ukrayna Nazirlər Kabineti Rusiya qazının idxalının azaldılacağı halda enerji böhranınından qaçmaq yollarını axtarır.

A.Turçinov Ukraynanın Rusiya ilə döyüşdə təkbətək qalmayacağını deyib: “Strateji partnyorlarımız bizimlə sinxron şəkildə hərəkət edəcəklər. Biz Rusiya Federasiyasını dünyanın mədəni ölkələrinin mövqeyi ilə hesablaşmağa məcbur edəcəyik”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm