Mədən faciəsi ilə əlaqədar həbslər davam edir
Bizi izləyin

Dünya

Mədən faciəsi ilə əlaqədar həbslər davam edir

Somadakı mədən faciəsi ilə əlaqədar açılan istintaq çərçivəsində 25 nəfər yaxalanıb, 5 nəfər həbs olunub.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akhisar Respublika Prokurorluğu Somadakı mədən faciəsi ilə əlaqədar istintaq çərçivəsində yaxalananların arasında Soma Holdinqin İdarə Heyətinin sədri Can Gürkanın da olduğu 25 şübhəlidən ilkin mərhələdə məhkəməyə göndərilənlərin 5-nin həbs olunduğunu bildirib.

Polisə verdikləri ifadədən sonra Soma Ədliyyəsinə göndərilən Soma Mədəninin müdiri Akın Çəlik, Təhlükəsizlik xidmətinin müdiri Yasin Kurnaz və mühəndislər Yalçın Ərdoğan, Ərtan Ərsoy, Səlcuq Dəmirçi, Baş mühasib müavini Əli Ulu Türkiyə Cinayət Məcəlləsinin 85/2 maddəsinə görə (bilərəkdən birdən çox insan ölümünə səbəb olmaq – red) həbs olunublar.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm