ABŞ-ı qorxudan beş silah: Müharibə nə qədər yaxındır?
Bizi izləyin

Dünya

ABŞ-ı qorxudan beş silah: Müharibə nə qədər yaxındır?

ABŞ-ı qorxudan beş silah: Müharibə nə qədər yaxındır?

Çinin iqtisadiyyatı kimi ordusu da inkişaf edir. Çin son 20 ildə əldə etdiyi hərbi inkişaf nəticəsində dünya hərbi dövlətinə çevrilib.

Halbuki, 20 il bundan əvvəl ölkə yalnız regionda bu sahədə lider idi. 30-40 il əvvəl köhnə silahlara malik olan ordu bu gün ən müasir silahlara yiyələnməkdədir. Çində ən müasir döyüş sistemləri yaradılır, onlardan bəziləri isə öz döyüş potensialına görə ciddi narahatlıq doğurur.

Çinin hərbi inkişafını narahatlıqla izləyən ilk dövlət heç şübhəsiz ki, ABŞ və onun himayə etdiyi qonşulardır. Çin və ABŞ arasında müharibə ehtimalı çox aşağı qiymətləndirilir. Bununla belə, ölkələr arasındakı mövcud ziddiyyətlərin səviyyəsi və maraqların rəqabəti deməyə imkan verir ki, müharibə ehtimalını tamamilə istisna etmək olmaz. Yəni, müharibə ehtimalı hər nə qədər az olsa da, o var. Aşağıda isə Çinin son illər ərzində əldə etdiyi və ABŞ-ı qorxutduğu silah sistemlərindən bəhs edilir.

Qeyd edək ki, sözügedən silah sistemləri barəsində məlumatı “Japan Security Watch” təhlükəsizlik məsələləri üzrə bloqun həmtəsisçisi, “The Diplomat”, “Foreign Policy”, “War is Boring” və “The Daily Beast” kimi nəşrlərdə çıxış edən Kayl Mikokami verib. Yazı “The National Interest” qəzetində dərc olunub.

“DF-21D”gəmi əleyhinə ballistik raketi

“Dong Feng-21D” gəmi əleyhinə ballistik raketi Asiya-Sakit okeanı regionunda ABŞ gücləri üçün ən təhlükəli silahdır. Ballistik raketlər təyyarədaşıyan gəmilərin qatili hesab olunur. “DF-21D” 1500 kilometrdən çox uçuş məsafəsinin olduğu yerüstü raketlərdir. “DF-21D”in ilk sınaqları 2013-cü ilin əvvəlində olub. Çinlilər bu raketin bir zərbəsi ilə 5600 amerikalı və 70 təyyarəni məhv etmək gücünə sahibdir. Bu isə ABŞ rəhbərliyini fikirləşməyə məcbur edir.

“J-20 qırıcısı

Çinin yeni nəsil döyüş təyyarəsi “J-20”nin 2017-ci ildən əvvəl sınaq uçuşları gözlənilmirdi. Amma Çin özünün ilk "görünməz" təyyarələrini 2011-ci ildə sınaqdan uğurla keçirdi. Bununla da o, təyyarələrin radardan yayınmasını təmin edən "STEALTH" texnologiyasına sahib olan ölkələr arasında daxil oldu. “J-20” Çinin ən lovğa aviasiya layihəsi hesab olunur. Təyyarə ən müasir RLS antennası və elekto-optik sistemlər təchiz edilib. Təyyarənin silahlanmasına “hava-hava”, “hava-yer” və “hava-gəmi” tipli raketləri daxildir.

“J-20”lərin ən mühüm təyinatı Asiya-sakit okean regionunda ABŞ gəmiləri və hərbi bazalarına zərbələrin endirilməsidr. ABŞ-ın keçmiş müdafiə naziri Robert Qeyts Çinin ancaq 2025-ci ildə ABŞ-a rəqib olacaq "bir ovuc" döyüş reaktivinə sahib ola biləcəyini söyləmişdi. Ancaq Çin ordusu üzrə amerikalı eksperti Riçard Fişer hesab edir ki, Çin ABŞ-ın qlobal mövqeyinə rəqib olmağa qərarlıdır və “J-20”lər hərbi baxımdan Çinin bu istəyini reallaşdıra bilər: “Bu ABŞ üçün qəbuledilməz bir şeydir”.

Anti-peyk silahı

Peyklər müharibəsinin aparılmasının ABŞ metodları üçün xüsusi əhəmiyyətlidir. Xüsusilə, continental ABŞ-dan minlərlə kilometr uzaqlıqda olan Asiya-Sakit okeanı regionunda. Çində anti-peyk silahının ən azından bir sistemi var: “SC-19”. “SC-19” sistemi “KT-2” ballistik raketlərlə təmin edilib. “KT-2”də partlayıcı maddə olmasa da toqquşma yolu ilə rəqibin peyklərini məhv edir.

2007-ci ildə “KT-2” ilə Çin peyki məhv edilmişdi. 2013-cü ilin mayında isə sınaqlar keçirildi. Amerika kəşfiyyatı hesab edir ki, bu əslində “SC-19” anti-peyk sisteminin sınaqdan keçirilməsi idi. Hesab edilir ki, “SC-19” sistemindən buraxılan raketləri orta yerətrafı orbitə çıxarıla bilər və bu Amerika naviqasiya peykləri üçün təhlükə deməkdir.

Çin anti-peyk silahı Amerika peyklərinin müxtəlif tiplərinə, kəşfiyyat peyklərinə qarşı istifadə oluna bilər. ABŞ-ın bu peykləri itirəcəyi halda Çin üzərində kəşfiyyat tapşırığını yerinə yetirmək çətin olacaq. ABŞ qoşunları peyklərdən əhəmiyyətli dərəcədə asılıdır.

Layihə 071: Universal desant gəmiləri

Çinin hazırda üç universal desant gəmisi var: “Kunlunşan", “Szinqanşan" və “Çanqbayşan”. Bu gəmilər rəqibin dəniz sahilinə dəniz piyada qoşununun çatdırılması üçün nəzərdə tutulub. Su tutumu 20 min ton olan gəmilərin uzunluğu 200-dən çoxdur. Gəmilər 400-800 hərbi qulluqçu və 18-ə qədər zirehli texnikanı daşıya bilər.

Kiber hücumları

Çin ordusu hesab edir ki, “elektron üstünlük” münaqişənin ilkin mərhələsində müvəffəqiyyətin təminatı üçün xüsusi əhəmiyyətlidir. ABŞ-ın qorxuduğu Çin silahının beş tipindən kibernetika əməliyyatları daha sirlidir.

“Kibernetika hücumu əməliyyatı” anlayışı psixoloji əməliyyatlardan rəqibin texniki infrastrukturunun məhv edilməsində qədər fəaliyyətin geniş spektrini nəzərdə tutur. Kibernetika hücumu vasitələrini məcmu halda ənənəvi döyüş əməliyyatlarında istifadə etmək daha yaxşıdır. Bu yeni bir cəbhəni yarada bilər. Məsələn, Çin kiber əməliyyatının hesabına rəqibin kompüter şəbəkələrinin işini poza bilər.

Çinin kibernetika hücumu əməliyyatları coğrafiyadan asılı olmayaraq hərbi və mülki hədəflərə qarşı istifadə oluna bilər. Bu həmçinin Çinin yeganə silahıdır ki, ABŞ-ın kontinental hissəsini vurmaq mümkündür.

Çin Silahlı Qüvvələri Baş Qərargahının üçüncü dairəsi olan NOAK kiber əməliyyatlarının keçirilməsi üçün əsas şöbədir. Bu ABŞ-ın ANB-nin analoqu hesab edilir. Onun tərkibində təxminən 130 min şəxs, o cümlədən 12 operativ bölmə və üç elmi tədqiqat institutu var. Üçüncü şöbənin tərkibindəki ikinci büro var. “V/ç 61398” kimi məşhur olan büronun səlahiyyətinə ABŞ-a qarşı əməliyyatlar daxildir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm