Çeçenlər Moskvadan seçkiləri pozmaq tapşırığı alıb
Bizi izləyin

Dünya

Çeçenlər Moskvadan seçkiləri pozmaq tapşırığı alıb

Çeçenlər Moskvadan seçkiləri pozmaq tapşırığı alıb

Prezident seçkiləri ərəfəsində Ukraynanın Luqansk vilayətinə 2,5 mindən çox çeçen gətirilib.

Publika.az – ın verdiyi xəbərə görə, bu barədə Ukraynanın TSN telekanalı bildirib.

Qeyd edilir ki, seçkilərin keçirilməsinə maneə törətmək çeçenlərin əsas işi olacaq. “Bu insanlar xüsusilə təcavüzkardır və hətta separatçılar onlardan qorxur”, - xəbərdə deyilir.

Luqansk vilayətindəki dairə seçki komitələrinin üzvləri açıq şəkildə təhdid olunurlar. Seçki komitələrinin üzvləri bülletenlərin çatdırılmasının çox çətin olduğunu bildirir.

Gətirilən çeçenlərin təxminən yarısına silah verilib. Lazım olduğu təqdirdə onların digər hissəsinə də silah paylanılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm