İran yas içində: Filds mükafatçısı dünyasını dəyişdi
Bizi izləyin

Dünya

İran yas içində: Filds mükafatçısı dünyasını dəyişdi

Standford Universitetinin professoru, riyaziyyat üzrə Filds mükafatçısı ilk qadın Məryəm Mirzəxani 40 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, iranlı professor döş xərçəngi xəstəliyindən əziyyət çəkirdi.

Məryəmin ölümü bütün dünya ilə yanaşı, ölkəsi İranda da əks-səda doğurub. İran qəzetləri ilk səhifələrinə ölkədə qadınların geyimlərinə nəzarət edən sərt qadağalar olmasına rəğmən, bu qadağaları yıxıb keçən Məryəmin başıaçıq fotosunu qoyub.

40 yaşdan öncə riyaziyyat sahəsində Nobelə bərabər olan Fildsı qazanan nadir şəxslərdən olan M.Mirzəxaninin ölümü İran parlamentinin işinə də təsir edib. Parlamentdə 60 millət vəkili anası iranlı olan uşaqlara vətəndaşlıq verilməsi qanununun qəbul edilməsinin sürətləndirilməsini tələb edib.

Buna səbəb isə Məryəmin çex vətəndaşı ilə evlənməsi və bu evlilikdən olan qızının İran qanunlarına görə vətəndaşlıq ala bilməməsi olub.

Qeyd edək ki, riyaziyyat üzrə dünyanın ən yüksək mükafatı olan Filds Nobel mükafatına bərabər hesab edilir. Mükafat 1936-cı ildə kanadalı riyaziyyatçı Con Filds tərəfindən təsis edilib və hər dörd ildən bir yaşı 40-ya çatmamış ən istedadlı riyaziyyatçılara verilir. Bununla Con Filds mükafatı almış gənc riyaziyyatçıları daha böyük nailiyyətlər qazanmağa təşviq etmək istəyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm