“300 kilometr radiusda...” - ABŞ təmas xəttində kəşfiyyat toplayır
Bizi izləyin

Dünya

“300 kilometr radiusda...” - ABŞ təmas xəttində kəşfiyyat toplayır

Pilotsuz təyyarə hər ay Donbas ərazisində kəşfiyyat uçuşlarını həyata keçirir.

ABŞ-ın strateji “RQ-4A Global Hawk” pilotsuz təyyarəsi Ukraynanın Donbas bölgəsi üzərində növbəti kəşfiyyat uçuşunu həyata keçirib.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın “Korrespondent” nəşri hərbi aviasiyanın uçuşlarını izləyən qərb saytlarına istinadən yazıb.

Nəşrin yazdığına görə, pilotsuz təyyarə iyulun 16-da Donbasda Ukrayna ordusu ilə separatçılar arasındakı təmas xətti boyunca bir neçə saat kəşfiyyat uçuşu edib. Həmçinin bildirilir ki, Amerika pilotsuz təyyarəsi Siciliyada yerləşən Siqonella təyyarə bazasından uçub və Nikolayev vilayətindən Ukraynanın hava məkanına daxil olaraq Mariupola yollanıb. Təyyarə Donbasda tapşırığın icrasından sonra Moldovaya uçub.

Amerika kəşfiyyatçısı təxminən 16,7 min metr hündürlükdən uçurdu. Nəzərə alaraq ki, “RQ-4A Global Hawk” 300 kilometr radiusda kəşfiyyat toplamağa qadirdir, o halda hava gəmisinin Rusiyanın sərhəd ərazilərini də izlədiyi aydındır.

Rusiya nəşri yazır ki, pilotsuz təyyarə hər ay Donbas ərazisində kəşfiyyat uçuşlarını həyata keçirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm