Selfi çəkmək istədi, muzeyə 200 000 dollar ziyan vurdu - - FOTO
Bizi izləyin

Dünya

Selfi çəkmək istədi, muzeyə 200 000 dollar ziyan vurdu - - FOTO

Amerika Birləşmiş Ştatlarında bir incəsənət qalereyasını ziyarət edən qadın çox qiymətli tacların qoyulduğu masaları aşıraraq 200 000 dollarlıq zərərə səbəb olub.

Publika.az xəbər verir ki, hadisəyə səbəb qadının selfi çəkmək istəyi olub.

Belə ki, qadın selfi çəkmək istəyərkən arxaya doğru addım atıb və arxasındakı masaya toxunub. Toxunduğu masa digər masanın üzərinə aşıb və bütün masalar domino daşı kimi tək-tək yerə aşıb.

Muzeyin səlahiyyətli şəxsləri masaların aşması nəticəsində tacların qalıcı zərər gördüyünü və böyük məbləğdə ziyanın meydana gəldiyini bildirib.

Hadisənin təsadüfi bir qəza olduğunu deyən işçilər ziyarətçi qadından vurduğu zərəri qarşılamasını istəməyib. Qadın sadəcə maddi imkanının çatdığı qədər muzeyə pul vəsaiti bağışlayacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm