Ərdoğana sui-qəsd CƏHDİ: prezidentə qarşı xain PLAN
Bizi izləyin

Dünya

Ərdoğana sui-qəsd CƏHDİ: prezidentə qarşı xain PLAN

FETÖ terror təşkilatı Türkiyədə siyasi liderlərdən birinə sui-qəsd törədə bilər.

Publika.az xəbər verir ki, bu iddia ilə Ankara Böyük şəhər bələdiyyəsinin sədri Melih Gökçek çıxış edib.

Onun sözlərinə görə, 15 iyul dövlət çevrilişi cəhdində iştirak edən FETÖ-çü zabitlərdən birinin üzərindən qeyd tapılıb: “Həmin qeydə mənim də adım daxil olmaqla 4 nəfərin adı vardı”.

M.Gökçek bildirib ki, FETÖ bundan sonra heç nə edə bilməz: “Yalnız sui-qəsd törədə bilərlər. Sui-qəsd ya Prezidentimizə (Rəcəb Tayyip Ərdoğan), ya da müxalifət liderlərindən birinə ola bilər. Müxalifət liderinə nəsə edilərsə, Türkiyədə ara qarışar. Diqqət etmək lazımdır. Sui-qəsdən başqa heç nə edə bilməzlər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm