İran sərhədində türk hərbçilərinə XAİN PUSQU: 17 əsgər... - VİDEO
Bizi izləyin

Dünya

İran sərhədində türk hərbçilərinə XAİN PUSQU: 17 əsgər... - VİDEO

Bu gün saat 11:00 radələrində Türkiyənin Hakkari vilayətinin Yüksekova əyalətində partlayış baş verib.

Publika.az
xəbər verir ki, İran sərhədi ilə 15 kilometr məsafədə yerləşən Esendere bölgəsindəki Ovaiçi kəndində əsgərləri daşıyan avtomobil PKK terrorçularının qurduğu minaya düşüb.

Partlayış nəticəsində 4 ağır olmaqla 17 əsgər yaralanıb. Yaralı əsgərlərin bir qismi təcili tibbi yardım maşınları isə Yüksekovaya, digər qismi isə helikopterlə Hakkariyə aparılıb.

Partlayışdan sonra bölgədə döyüş təyyarələrinin də dəstək verdiyi genişmiqyaslı əməliyyat başlanıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm