Dünya YENİ TƏHLÜKƏ qarşısında - VƏBA
Bizi izləyin

Dünya

Dünya YENİ TƏHLÜKƏ qarşısında - VƏBA

Dünya Səhiyyə Təşkilatı Yəməndə vəba epidemiyasının getdikcə daha sürətlə yayıldığını açıqlayıb.

Publika.az xəbər verir ki, bölgədə aprel ayından bu yana vəba xəstəliyi səbəbilə 1784 insan dünyasını dəyişib.

Yəməndə bu xəstəlik səbəbilə hər gün orta hesabla 14 insan dünyasını dəyişir. Ölkədə epidemiyaya yoluxanların sayı 344 751 nəfərə çatıb.

Bölgədə epidemiyanın sürətlə yayılmasına səbəb kimi iki ildən çox davam edən daxili qarşıdurmalar nəticəsində 3 milyon insanın köçkün vəziyyətində həyat tərzi sürməsi, içməli su çatışmazlığı və tullantıların toplanmaması göstərilib.

Səhiyyə təşkilatı bölgədə epidemiyanın qarşısının alınmayacağı təqdirdə, xəstəliyin daha çox bölgəyə və nəhayət, bütün qitəyə yayılacağı ehtimalını irəli sürüb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm