Qafqazda genişlənmə: Rusiya-NATO arasında MÜHARİBƏ MEYDANI
Bizi izləyin

Dünya

Qafqazda genişlənmə: Rusiya-NATO arasında MÜHARİBƏ MEYDANI

Gürcüstana NATO-ya üzvlük üzrə Fəaliyyət Planı verilməyib.

Gürcüstanın NATO-ya girişi haqqında məsələ ABŞ Konqresində yenidən qaldırılıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, Konqresdə Gürcüstanın NATO-ya girişinin dəstəklənməsi, həmçinin “Sülh Naminə Tərəfdaşlıq” proqramında Kosovonun iştirakı təklif edilib.

2018-ci ildə ABŞ-ın hərbi büdcəsi layihəsinə uyğun olan düzəlişlər Konqresin respublikaçı üzvü Mayk Terner tərəfindən hazırlanıb. O, parlament üzvlərini “Şərqi Avropada Rusiya təcavüzü”nün qarşısının alınması üçün NATO ilə daha aktiv işləməyə çağırıb.

Konqres üzvü, öz layihəsində ittifaqa daxil olmağı arzulayan ölkələrə kömək etməyi təklif edir. Əgər respublikaçının təşəbbüsü bəyənilərsə, ABŞ Konqresi yalnız Gürcüstanın NATO-ya üzvlüyünü deyil, həm də Kosovanın ittifaq proqramında iştirakını dəstəkləyəcək.

Qeyd edək ki, Gürcüstanın NATO-ya girişi haqqında danışıqlar 2008-ci ildə başlanıb. Brüssel və Vaşinqtonun vədlərinə baxmayaraq, indiyə kimi Gürcüstana NATO-ya üzvlük üzrə Fəaliyyət Planı verilməyib. Gürcüstan hələ ki yalnız "Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun təlimlərində iştirak edir.

Moskva isə hesab edir ki, Gürcüstanın NATO-ya girişinin mənfi nəticələri olacaq. Rusiya sərhədlərinin təhlükəsizliyin təmin olunması üçün “hərbi və digər ölçülər” tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm