“Bu, günün günorta çağı soyğunçuluqdur” – Lavrovdan İTTİHAM
Bizi izləyin

Dünya

“Bu, günün günorta çağı soyğunçuluqdur” – Lavrovdan İTTİHAM

“Birləşmiş Ştatlarda çiçəklənən rusofobiya dünya miqyaslı bir sıra əhəmiyyətli problemlər üzrə qarşılıqlı maraqlara cavab verən həll üçün əminlik vermir”.

Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyətin həbsi məsələsi ətrafında yaranan vəziyyəti şərh edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov yaranmış vəziyyəti “günün günorta çağı soyğunçuluq” adlandırıb. Onun sözlərinə görə, ABŞ Rusiyanın diplomatik mülkiyyəti ilə bağlı məsələni Moskvaya təsir rıçaqına çevirməyə cəhd edir. Rusiya xarici siyasət idarəsinin başçısı bildirib ki, bu, ölkələr arasında normal əməkdaşlığın qaydaya salınmasına imkan yaratmır.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası 2016-cı il dekabrın 29-da “seçkilərə müdaxilə” və “Amerika diplomatlarına təzyiqə” görə Rusiyaya qarşı tətbiq edilmiş yeni sanksiyalar paketi çərçivəsində 35 Rusiya diplomatını “arzuolunmaz şəxs” elan edib. Bundan başqa, Rusiyanın Merilend və Nyu-Yorkdakı diplomatik nümayəndəlikləri bağlanıb.

Ağ Evdəki yüksək vəzifəli məmura istinadən “RİA-Novosti” agentliyi bildirib ki, Amerika tərəfi Rusiyanın diplomatik mülkiyyətini əvəzsiz qaytarmaq niyyətində deyil. O, Suriya müharibəsini xatırladıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə cavabında bildirib ki, Moskva öz maraqlarından geri çəkilməyəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bu tələbi səhv adlandırıb. O qeyd edib ki, diplomatik mülkiyyətin qaytarılması üçün hər hansı tələblərin irəli sürülməsi beynəlxalq hüququn normalarına zidddir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm