“Yaxın iki ildə müharibə olmayacaq” – Səbəbini rusiyalı ekspert açıqladı
Bizi izləyin

Dünya

“Yaxın iki ildə müharibə olmayacaq” – Səbəbini rusiyalı ekspert açıqladı

“Yaxın iki ildə müharibə olmayacaq” – Rus ekspertdən izah

“Ən yaxın iki ildə Dağlıq Qarabağda müharibənin baş verməyəcəyi dəqiqdir”.

Publika.az – ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoliy Sıqanok deyib.

Ekspert Dağlıq Qarabağda yeni bir müharibənin Qərb üçün tamamilə əlverişsiz olduğunu bildirib: “Qərb Ukrayna böhranından olduqca narahatdır. Onlar ehtiyat edirlər ki, qazsız qala bilərlər. Avropaya təbii qaz alternativləri lazımdır. Hansı ki, bu cür alternativlərdən biri Azərbaycan qazıdır. Ona görə də yeni Qarabağ müharibəsi avropalılar üçün tamamilə əlverişsizdir. Müharibənin qarşısını alacaq digər bir məsələ koalisiya qoşunlarının Əfqanıstandan çıxardılmasıdır. Qoşunların bir hissəsi Azərbaycan vasitəsilə çıxarılacaq. ABŞ hərbçiləri də daxil olmaqla koalisiya qoşunları yaxın iki ildə Əfqanıstanı tərk edəcək. Deməli, bu müddət ərzində döyüş əməliyyatları yenilənməyəcək”.

Rusiyalı ekspert həmçinin hesab edir ki, 2008-ci il Gürcüstan-Rusiya müharibəsi Qərb hərbi gücünün zəif tərəflərini göstərdi. O, iddia edir ki, bu özünü yeni bir Azərbaycan-Ermənistan müharibəsində də göstərəcək: “Gürcü ordusu NATO standartları ilə təlim almışdı. Amma Rusiya ordusu son 15 il ərzində Çeçenistanda lazımı döyüş təcrübəsini əldə etmişdi. Müqayisə üçün deyək ki, erməni ordusundan fərqli olaraq Azərbaycan ordusu da NATO sistemi üzrə hazırlaşır. Bundan başqa, Azərbaycan ordusunun indiki üstünlüyü halında, Qarabağ erməniləri partizan hərəkətlərinə başlayacaq”.

A.Sıqanok sözlərinə görə, təhlükəsizliyin təminatı hərbi yoll deyil, yalnız Azərbaycanın “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə mümkün olacaq. O, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərəfindən müdafiə olunacağını da iddia edir: “Ermənistan KTMT çərçivəsində qorunacaq. Məsələ ondadır ki, Dağlıq Qarabağ ərazisi KTMT-nin hərəkət sahəsinə düşmür, amma oradakı hərbi qulluqçuların 30 faizi erməni vətəndaşıdır. Yəni, hərbi əməliyyatların başlanacağı halda Ermənistan vətəndaşları da həlak olacaq. Bu halda KTMT-nin Ermənistana yardım etməsi mümkündür”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm