Prezidentin qardaşı 500 milyarda azad edildi - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Prezidentin qardaşı 500 milyarda azad edildi - (YENİLƏNDİ)

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun girov qarşılığında azad edilib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı İSNA informasiya agentliyi yayıb.

İSNA-nın yazdığına görə, məhkəmə onun girov qarşılığında azad olunmasına razılaşıb. Məlumata görə, əvvəlcə təyin edilən girovun məbləği 500 milyard riyal (13,3 milyon dollar) təşkil edirdi, amma yekunda məhkəmə girovu 8,3 milyon dollara qədər azaltmağa razılaşıb.

Xatırladaq ki, prezidentin qardaşı iyulun 16-da maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub. Dünən isə o, prokurorluqda baş tutacaq dindirilmədən əvvəl xəstəxanaya yerləşdirilib. Dindirilməyə gətirilən Hüseyn Fereydunun vəziyyəti qəflətən pisləşib. Bu səbəbdən dindirilmə baş tutmayıb.

Hüseyn Fereydun 2015-ci ildə İranın nüvə proqramı üzrə danışıqlarda prezidentin xüsusi nümayəndəsi idi.

Ömər Dağlı

***

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun prokurorluqda baş tutacaq dindirilmədən əvvəl xəstəxanaya yerləşdirilib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, dindirilməyə gətirilən Hüseyn Fereydunun vəziyyəti qəflətən pisləşib. Bu səbəbdən dindirilmə baş tutmayıb.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhaninin qardaşı ötən gün maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm