ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır
Bizi izləyin

Dünya

ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır

ABŞ administrasiyası "qanunsuz ballistik raketlərin hazırlanması proqramı" və "terrorizmə regional dəstək" ilə bağlı olaraq İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Amerika məmuruna istinadən "The Washington Free Beacon" nəşri yazıb.

Onun məlumatına görə, Donald Tramp administrasiyasında ABŞ İranın timsalında "öz maraqlarına ən böyük təhlükə" görür.

Amerikalı məmur onu da qeyd edib ki, İranın həm siyasi, həm də hərbi yönümlü fəaliyyəti ilə mübarizə üzrə yeni tədbirlər görülə bilər.

Nəşrin məlumatına görə, sanksiyalar İslam Respublikasının hərbi qüdrətinin artması və onun Yaxın Şərqdə apardığı əməliyyatlara mane olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm