Rusiya və ABŞ razılığa gəldi – RƏSMİ
Bizi izləyin

Dünya

Rusiya və ABŞ razılığa gəldi – RƏSMİ

Moskva Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyətə qoyulan həbsin götürülməsi barədə Vaşinqtonla “demək olar ki” razılaşmaya nail olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkova istinadən edən CNN telekanalının müxbiri Cim Skuitto bildirib.

Dünən Vaşinqtonda Sergey Ryabkovla ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şennon arasında konsultasiyaların ikinci raundu keçirilib. Danışıqların əsas mövzusu Rusiyanın diplomatik mülkiyyətinin qaytarılması olub.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası 2016-cı il dekabrın 29-da “seçkilərə müdaxilə” və “Amerika diplomatlarına təzyiqə” görə Rusiyaya qarşı tətbiq edilmiş yeni sanksiyalar paketi çərçivəsində 35 Rusiya diplomatını “arzuolunmaz şəxs” elan edib. Bundan başqa, Rusiyanın Merilend və Nyu-Yorkdakı diplomatik nümayəndəlikləri bağlanıb.

Dünən Ağ Evdəki yüksək vəzifəli məmura istinadən “RİA-Novosti” agentliyinin verdiyi xəbərə görə, Amerika tərəfi Rusiyanın diplomatik mülkiyyətini əvəzsiz qaytarmaq niyyətində deyil.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ABŞ-ın hərəkətini “günün günorta çağı soyğunçuluq” adlandırıb. Onun sözlərinə görə, Birləşmiş Ştatlarda çiçəklənən rusofobiya dünya miqyaslı bir sıra əhəmiyyətli problemlər üzrə qarşılıqlı maraqlara cavab verən həll üçün əminlik vermir”.

ABŞ-ın dövlət katibi Reks Tillerson isə bir neçə gün əvvəl bildirib ki, sanksiyaların ləğvi yalnız Suriya və Ukrayna münaqişələrinin həllindən sonra mümkündür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm