Almaniya bu qrupun konsertlərinə qadağa qoydu
Bizi izləyin

Dünya

Almaniya bu qrupun konsertlərinə qadağa qoydu

Almaniyanın Daxili İşlər Nazirliyi Türkiyənin “Grup Yorum” musiqi qrupunun ölkədə konsert verməsini qadağan edib.

Publika.az xəbər verir ki, buna səbəb olaraq nazirlik qrupun kommunist dəyərlər aşılamasını göstərib. Almaniya bu qrupun DHKP üzvü olmasını iddia edir.

DİN bu qərarla bağlı ölkənin 4 əyalətinə qrupun konsertlərinin qadağan edilməsi təlimatını göndərib.

Qrupun Almaniyanın Fulda şəhərində təşkil etdiyi “irqçiliyə qarşı konsert” adlı tədbiri şəhər bələdiyyəsi tərəfindən qadağan edilib. Qrupun pərəstişkarları isə şəhərin müxtəlif bölgələrində mitinqlər keçirərək qadağanı ləğv etdirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm