Almaniya məhkəməsindən müsəlman qadına qarşı QANUNSUZLUQ
Bizi izləyin

Dünya

Almaniya məhkəməsindən müsəlman qadına qarşı QANUNSUZLUQ

Almaniyanın Bradenburq əyalətində məhkəmə hakimi suriyalı qadını məhkəmə salonundan qovub.

Publika.az xəbər verir ki, buna səbəb suriyalı qadının hicablı şəkildə məhkəməyə gəlməsi olub.

Almaniyada qaçqın statusu ilə yaşayan qadın hakimin tələbini rədd edib. Hakim isə məhkəmə prosesini təxirə salıb.

Şikayətçi qadının vəkili Nicat Abokala məhkəmədən göndərilən məktubda müvəkkilin növbəti məhkəmə prosesinə hicab geyinmədən qatılması tələb edilib.

Məktuba cavab yazan vəkil isə hakimin tələbinin ölkənin konsitutsiyasına və qanunlarına zidd olduğunu bildirib və bu tələbə etiraz edib.

Almaniya Konsitutsiya Məhkəməsi isə proses zamanı səlahiyyətli şəxslər xaric, hicablı qadınların məhkəmədən çıxarılmaması haqqında hələ 2006-cı ildə qərar çıxarıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm