Mosulda qafqazlı terrorçu qadınlar tutuldu
Bizi izləyin

Dünya

Mosulda qafqazlı terrorçu qadınlar tutuldu

İraqın Mosul şəhərini İŞİD terror qruplaşmasından təmizləyərkən 20 qadın-yaraqlı saxlanılıb.

Publika.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, onların arasında Rusiya, Liviya, Türkiyə, Suriya, Kanada və Qafqaz regionundan olanlar, eyni zamanda Almaniyadan İraqa gələn bir yeniyetmə qız da var.

“Onlar hamısı tuneldə gizlənmişdilər. Qadınlarda silah, xüsusilə də, intihar kəməri var idi”, - deyə xəbərdə bildirilir.

Xatırladaq ki, iyulun 10-da İraqın baş naziri Hayder əl-Abadi Mosulun terrorçulardan azad edildiyi barədə xəbər verib. İraqın şimalında yerləşən bu böyük şəhər 2014-ci ilin iyununda İŞİD silahlıları tərəfindən işğal olunmuşdu. Mosulun azad olunması ilə bağlı yerüstü əməliyyat 2016-ci ilin oktyabrında başlayıb. Başda ABŞ olmaqla beynəlxalq koalisiya qüvvələri İraq ordusuna dəstəyini göstərib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm