ABŞ-dan Ukraynaya gözlənilməz ZƏRBƏ
Bizi izləyin

Dünya

ABŞ-dan Ukraynaya gözlənilməz ZƏRBƏ

2017-ci ildə ABŞ Ukrayna üçün metallurgiya kömürünün qiymətini təxminən üç dəfə qaldırıb.

Publika.az ABŞ-ın Energetika Nazirliyinin hesabatına istinad edərək bildirir ki, ötən ilin yanvarından martınadək Ukrayna kömürünün 1 tonu üçün 71 dollar ödəyirdi. Bu il isə kömürün qiyməti 1 ton üçün 206 dollara qədər artıb.

Buna baxmayaraq, Ukraynada satınalmaların həcmi artır: ötən ilin ilk ayları ərzində 355,1 min ton, bu il isə 865,7 min ton kömür alınıb.

Bəzi ölkələrdə isə kömürün satınalma qiyməti nəzərəçarpacaq dərəcədə azalıb. Məsələn, Norveç ötən il 1 ton üçün 140 dollar, bu il isə 125 dollar ödəyəcək.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm