DƏHŞƏTLİ QƏZA: 4 uşaq öldü
Bizi izləyin

Dünya

DƏHŞƏTLİ QƏZA: 4 uşaq öldü

Qəzanın səbəbləri araşdırılır.

Rusiyanın Kursk vilayətində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə vilayətin Şetinka kəndi ərazisində qeydə alınıb. “Peugeot” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri barədə məlumat verilmir.

Qəzanın səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm