Tramp ailəsi məhkəmə qarşısına çıxacaq
Bizi izləyin

Dünya

Tramp ailəsi məhkəmə qarşısına çıxacaq

ABŞ-dakı prezident seçkilərinə Rusiyanın müdaxilə edib-etmədiyini araşdıran ABŞ Konqresi prezident Donald Trampın oğlunu və kürəkəni Jared Kuşneri sorğuya çəkəcək.

Publika.az xəbər verir ki, Tramp Jr. ilə köhnə meneceri Paul Manafort 26 iyul tarixində komissiya önündə ifadə verəcək.

Konqres senatorları sorğulamanı kameralar önündə aparacaq və ifadələr xalqın qarşısında, canlı yayımda alınacaq.

ABŞ senatorları Donald Trampın prezident seçilməsində Rusiyanın payı olduğunu iddia edir. Buna görə də aylardır Trampın oğlunun rus vəkil Nataliya Veselnitskaya ilə gizli görüşməsini araşdırır.

Lakin Tramp Jr. bu görüşün seçkilərə heç bir təsiri olmadığını, hətta atasının bu görüşdən xəbəri olmadığını dəfələrlə qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm