Rusiya ilə İraq arasında 1 milyardlıq SİLAH RAZILAŞMASI
Bizi izləyin

Dünya

Rusiya ilə İraq arasında 1 milyardlıq SİLAH RAZILAŞMASI

Rusiya Prezidenti Vladimir Putinin hərbi və texniki işlər üzrə köməkçisi Vladimir Kojin İraqa “T-90” tanklarının göndərilməsi ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Kojin Rusiya İraq arasında qarşılıqlı razılaşmanın artıq imzalandığını bəyan edib.

“T-90” tanklarının İraqa çatdırılmasını Rusiyanın “Ultravagonzad” firması həyata keçirəcək.

Kojin razılaşmanın toplam dəyərini açıqlamasa da, mediada yer alan xəbərlərə görə, Rusiya İraqa 1 milyard dollarlıq dəyəri olan 70 tank göndərəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm