Ən çox dinlənilən mahnıya bu ölkə QADAĞA qoydu - - VİDEO
Bizi izləyin

Dünya

Ən çox dinlənilən mahnıya bu ölkə QADAĞA qoydu - - VİDEO

Dünya çapında ən çox dinlənilərək rekord qıran “Despakito” mahnısının yayımı Malaziyada qadağan edilib.

Publika.az xəbər verir ki, Puerto-Rikolu müğənni Luis Daddy Yanke və Castin Biberin ifa etdiyi, dünyada 4.6 milyard insan tərəfindən dinlənən mahnı Malaziyadakı müsəlmanların şikayətləri üzərinə ölkənin radio və televiziya kanallarında qadağan edilib.

Malaziya Televiziya və radio şirkətindən verilən açıqlamada mahnının qadağan edilməsinə səbəb olaraq sözlərinin çox ədəbsiz olması göstərilib.

“Despakito” sadəcə radioda senzura qoyularaq səsləndiriləcək.

Müsəlmanların çoxluq təşkil etdiyi ölkədə mahnı ən çox azyaşlılar tərəfindən sevilib. Mahnı sözlərində cinsi münasibətlərə aid sözlər olduğu üçün uşaqların əxlaqına və tərbiyəsinə mənfi təsiri səbəbilə qadağan edildiyi bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm