BƏƏ və Şimali Koreya arasında 100 milyon dollarlıq SİLAH TİCARƏTİ
Bizi izləyin

Dünya

BƏƏ və Şimali Koreya arasında 100 milyon dollarlıq SİLAH TİCARƏTİ

Birləmiş Ərəb Əmirlikləri Şimali Koreya ilə 100 milyon dollarlıq silah ticarəti həyata keçirib.

Publika.az xəbər verir ki, bu fakt ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Körfəz İşləri Universitetinin arxivindən tapılan sənədlərdə əks olunub.

İki ölkə arasındakı ticari münasibətlərlə bağlı bilgiləri özündə ehtiva edən sənədlərin BƏƏ-nin Vaşinqtondakı səfiri Yusif Əl Uteybənin hakerlər tərəfindən ələ keçirilən internet adresindən əldə edildiyi bildirilib.

Sənədlərin səfirə ABŞ Xarici İşlər Nazirliyindən verildiyi iddia edilsə də, ABŞ bu iddialar haqqında heç bir açıqlama verməyib.

Sənədlərdə mərkəzi BƏƏ-də yerləşən “Əl Mütləq Ticarət” adlı şirkətin və şirkət rəhbəri Əbdurrəhman Baqirin Birləşmiş Millətlərin silah alış-verişi etdiyi təsbit edilən Koreya Mədənçilik İnkişafetdirmə Ticarət Qurumu ilə təxminən 100 milyon dollarlıq silah ticarəti həyata keçirdiyi əks olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm