Şahzadənin hərəkəti hamını DƏHŞƏTƏ GƏTİRDİ - VİDEO
Bizi izləyin

Dünya

Şahzadənin hərəkəti hamını DƏHŞƏTƏ GƏTİRDİ - VİDEO

Səudiyyə kralı Salman ibn Əbdüləzizin 31 yaşındakı oğlu Məhəmməd ibn Salmanın keçən ay vəliəhd seçilməsi ilə yeni bir dönəmin başlandığı kraliyyət ailəsində bu dəfə bir şahzadə həbs edilib.

Publika.az xəbər verir ki, şahzadəyə aid videolardan birində başından qan axan bir nəfərə silah tuşlayıb. Digərində isə bir nəfəri yumruq və təpiklə döyüb.

Şahzadə Abdulazizin bu görüntüləri sosial şəbəkələrdə minlərlə istifadəçi tərəfindən izlənilib.

Videolarda dünyaca məşhur bir viski şirkətinə məxsus 18 şüşə içki də görünür. Halbuki, Səudiyyə Ərəbistanında içki içmək qadağandır.

Verilən rəsmi məlumata görə, Kral Abdulaziz hadisəsinin geniş şəkildə araşdırılmasını istəyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm