Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ - Ölən və yaralananlar var (YENİLƏNİR) - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ - Ölən və yaralananlar var (YENİLƏNİR) - - FOTO/VİDEO

“Kandilli” Rəsədxanası Zəlzələ Araşdırma Universiteti Muğla bölgəsində meydana gələn zəlzələ sonrası Bodrum sularında sunami baş verdiyini açıqlayıb.

Universitetdən verilən məlumata görə, Bodrum Dəniz Səviyyəsi stansiyasında 10 santimetrlik sunami dalğası ölçülüb.

Lakin zəlzələnin bu andan etibarən ölçülən və gözlənilən dəyərlərdən daha böyük bir dalğaya səbəb olması gözlənilmir.

Təbii fəlakətlə bağlı açıqlama verən Muğlanın şəhər meri Əsəngül Civələk fəlakətin vurduğu ziyanı aradan qaldırmaq üçün Türkiyə Qızılay Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə İdarəsinin daxil olduğu böhran komissiyasının yaradıldığını qeyd edib.

***

Türkiyə mediasından verilən ən son məlumata görə, Muğla şəhərində 95 ardıcıl təkan qeydə alınıb.

Bölgədə gecə 01:31 radələrində qeydə alınan 6.3 bal gücündə zəlzələnin ardınca 7 saat ərzində 2.7 ilə 4.8 bal arasında 95 ardıcıl titrəyiş baş verib.

Türkiyənin “Kandilli” rəsədxanasından verilən açıqlamada 08:03 radələrində 6.5 bal gücündə daha bir zəlzələnin baş verdiyi bildirilib.

***

İyulun 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, zəlzələ Türkiyənin kurort şəhəri Bodrum və Yunanıstanın Kos adasında hiss olunub.

Yunanıstanda binanın dağılması nəticəsində 2 nəfər ölüb, Türkiyədə isə 70 nəfər xəstəxanalara müraciət edib.

Zəlzələnin episentri Türkiyə sahilindən 10,9 km, Yunanıstanın Kos adasından isə 12 km aralıda dənizin 10 km dərinliyində qeydə alınıb.

Türkiyənin Muğla şəhərinin meri Osman Güronun sözlərinə görə, bəzi insanlar xilas olmaq üçün özlərini binalardan yerə atıblar. O, həmçinin bildirib ki, yeraltı təkanlar nəticəsində xəstəxana binasına ziyan dəyib və bu səbəbdən personal və xəstələr təxliyyə edilib.

Zəlzələ nəticəsində Türkiyə sahillərində sunami yaranıb. Bodrumun bir hissəsini su basıb.

***

Türkiyənin Muğla bölgəsində 6,9 bal gücündə zəlzələ olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələdən sonra insanlar qorxudan küçəyə axışıb.

Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.

Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.

Hələ ki, dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm