Venesuela xalqı hökümətə qarşı etiraza qalxdı: 3 ölü
Bizi izləyin

Dünya

Venesuela xalqı hökümətə qarşı etiraza qalxdı: 3 ölü

Venesuelada sosialist prezident Nikolas Maduroya yeni konsitutsiya seçkilərini ləğv etməsi yönündə təzyiqlər edən milyonlarla vətəndaş etiraz aksiyalarına başlayıb.

Publika.az xəbər verir ki, nümayişlərdə polislə etiazçılar arasında qarşıdurma yaşanıb. İnsident zamanı 3 etirazçı öldürülüb, 300-dən çox vətəndaş həbs edilib.

Venesuelada müxalifət hökumətin konsitutsiya dəyişikliyi üçün yeni məclis qurmasına sərt reaksiyalar göstərir. Etirazçılar hökumətin 30 iyulda keçiriləcək referendumu ləğv etməsini tələb edir.

Qeyd edək ki, aprel ayından başlanan etirazlarda 100-ə yaxın etirazçı həlak olub.

Müxalifətdən verilən açıqlamada ölkə əhalisinin 85%-nin etirazlarda iştirak etdiyi bildirilir.

Müxalifətə dəstək verən Kolumbiya, Fransa, İspaniya, ABŞ və Avropa İttifaqı Venesuela hökumətinə müraciət edərək referendumu ləğv etməsini istəyib. Maduro isə çağırışların hamısına rədd cavabı verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm