Şahzadə Diananın şəxsi əşyaları sərgilənəcək - FOTO
Bizi izləyin

Dünya

Şahzadə Diananın şəxsi əşyaları sərgilənəcək - FOTO

Uels şahzadəsi Diananın musiqi kasetlərindən balet ayaqqabılarına qədər, onlarla şəxsi əşyası sərgiyə çıxarılacaq.

Publika.az xəbər verir ki, bu sərgi şahzadənin ölümünün 20-ci ili şərəfinə təşkil edilib.

1997-ci ildə Parisdə avtomobil qəzasında dünyasını dəyişən Diananın nadir əşyaları xalqa açıq şəkildə sərgilənəcək.

Sərgidə şahzadənin oğlanları Harri və Villiamla birlikdə çəkdirdiyi şəkillərdən ibarət çox özəl bir kolleksiya da yer alacaq.

Diananın musiqiyə olan bağlılığını anladan, aralarında Diana Ross, Elton Con, Lionel Riççi kimi məşhurların albomları olan kaset kolleksiyası sərginin ən önəmli parçalarından olacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm