Venesuelada kütləvi etirazlarda 100 nəfər öldü
Bizi izləyin

Dünya

Venesuelada kütləvi etirazlarda 100 nəfər öldü

Qarşıdurmaların son qurbanı 15 yaşlı yeniyetmə olub.

Venesuelada aprel ayından hökumət əleyhinə davam edən etiraz aksiyalarında ölənlərin sayı 100-ə çatıb.

Trend-in məlumatına görə, qarşıdurmaların son qurbanı 15 yaşlı yeniyetmə olub. Onun ölüm səbəbləri açıqlanmır.

Qeyd edək ki, aprel ayında ölkə məhkəməsinin müxalifətin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı çıxardığı qərar ciddi etirazlara səbəb olub. Qərar sonradan ləğv edilsə də, etirazçılar məhkəmə üzvlərinin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm