“Taliban” liderinin oğlu öldürüldü
Bizi izləyin

Dünya

“Taliban” liderinin oğlu öldürüldü

“Taliban” radikal qruplaşmanın lideri Mulavi Axundzadənin oğlu öldürülüb.

Publika.az “Röyters agentliyinə istinadən xəbər verir ki, hadisə Əfqanıstanda hərbiçilərə hücum zamanı baş verib.

“Taliban” nümayəndəsi bildirib ki, 23 yaşlı Abd ar-Rəhman Xalid cümə axşamı Qilmend əyalətinin Qirişk şəhərində hərbi bazaya minalanmış avtomobillərlə hücum zamanı ölüb.

Agentlik qeyd edir ki, “Taliban” döyüşçüləri bazaya hücumun həyata keçirilməsi üçün “Humvee” markalı bir neçə avtomobildən istifadə ediblər. Ancaq, hərbiçilər ciddi itkilər verməyiblər. Avtomobilləri müşahidə postlarına çatmadan əvvəl məhv etmək mümkün olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm