Rusiya Suriya ilə RAZILAŞDI
Bizi izləyin

Dünya

Rusiya Suriya ilə RAZILAŞDI

Suriyanın Şərq Guta bölgəsində təhlükəsiz zonanın fəaliyyəti haqqında razılaşma imzalanıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Razılaşma Rusiya hərbiçiləri və Suriya müxalifətinin Qahirədə apardığı danışıqlarının nəticəsinə görə imzalanıb. Yaxın günlərdə təhlükəsiz zonaya humanitar yardımların çatdırılması və yaralıların çıxarılması planlaşdırılır.

Xatırladaq ki, Suriyada təhlükəsiz zonaların yaradılması haqqında razılıq mayın 4-də Astanda beynəlxalq danışıqların nəticəsinə görə əldə edilib. Ümumilikdə, 4 bölgədə - İdlib vilayəti, Xoms vilayətinin şimalı, Şərq Guta və ölkənin cənubunda təhlükəsiz zonanın yaradılması nəzərdə tutulur.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm