NATO - nun hərbi yardımı Ukrayna sərhədindədir
Bizi izləyin

Dünya

NATO - nun hərbi yardımı Ukrayna sərhədindədir

NATO-nun hərbi yardımı Ukrayna sərhədindədir

Şimali Atlantika İttifaqına (NATO) üzv ölkərinin ilk hərbi yardımı artıq Ukrayna sərhədindədir.

Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Andrey Parubiy bildirib.

“Dəbilqələr, gülləkeçirməyən jiletlər, gecə cihazları, tibbi yardım lavazimatları və başqa avadanlıqlar artıq Ukrayna sərhədindədir və Ukrayna ordusu yardımı bir neçə günə alacaq”, - Parubiy deyib.

A.Parubiyin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi metodlar ölkənin müdafiə sektorunda islahatların aparılmasını tələb edir: “Rusiya müharibənin ən yeni metodlarından istifadə edir. Bu “hibrid müharibə”sidir. Ordudan başqa diversiya və kriminal qruplarından istifadə olunur. NATO-dakı partnyorlarımız da anlayırlar ki, əgər Putin dayandırılmasa, sabah Ukraynada onun tanklarının harada olacağı məlum deyil”.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rusiya hərbi qruplaşmalarının Ukrayna sərhədindən çəkildiyini təstiqləməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm