İki tayfa arasında silahlı qarşıdurma olub, 5 nəfər ölüb
Bizi izləyin

Dünya

İki tayfa arasında silahlı qarşıdurma olub, 5 nəfər ölüb

Brahuilər tayfası bir ay öncə Şahalibor tayfasının başçısı Sərdar Həml Şahaliboru öldürdüyü üçün Şahalibor tayfası Brahuilər tayfasından intiqam alaraq 5 nəfəri öldürüb.

İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhəri yaxınlığında yerləşən Damən kəndində ötən gün iki tayfa arasında baş vermiş silahlı qarşıdurma nəticəsində 5 nəfər həlak olub. Bu barədə Trend yerli xəbər saytlarından olan Asrehamoon.ir-ə istinadən məlumat verir.

Məlumata əsasən, qarşıdurma Brahuilər və Şahalibor tayfaları arasında baş verib. Belə ki, Brahuilər tayfası bir ay öncə Şahalibor tayfasının başçısı Sərdar Həml Şahaliboru öldürdüyü üçün Şahalibor tayfası Brahuilər tayfasından intiqam alaraq 5 nəfəri öldürüb.

Məlumatda bildirilir ki, bu iki tayfa arasında qarşıdurma başlayandan indiyədək hər iki tərəfdən ümumilikdə 15 nəfər ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm