Məşhur yazarın dedikləri doğru çıxdı - VİDEO
Bizi izləyin

Dünya

Məşhur yazarın dedikləri doğru çıxdı - VİDEO

Soma mədən işçisi: “Bizi məcburən AKP-nin mitinqinə aparırdılar”.

Publika.az” xəbər verir ki, “CNN Türk” kanalına qonaq olan Somadakı mədən işçisi Səfa Kökən işçilərin məcburən AKP-nin mitinqinə aparıldığını deyib. Səfa Kökənin iddiasına görə hamını alqışlamağa məcbur edirdilər, əllərinə AKP bayrağı verirdilər:

“Hamının işləməyə ehtiyacı var. Getmədiyiniz gün maaşınızdan kəsilir. Hamı səhər evdən çıxır ki, işə gedəcəm, “dayanın. Hamı avtobuslara minsin, AKP-nin mitinqinə gedəcəksiniz. Maaşınızı da alacaqsınız” deyirdilər. Hamını alqışlamağa məcbur edirdilər, əllərinə AKP bayrağı verirdilər”.

Xatırladaq ki, Somadakı mədən faciəsində həlak olan işçilərlə bağlı ilk dəfə bu iddianı məşhur araşdırmaçı-yazar Yılmaz Özdil gündəmə gətirmişdi. Özdil ölən işçilərlə bağlı fikir bildirərkən “Bu işçilərin cibinə pul basıb AKP-nin mitinqlərinə aparırdılar. “Ən böyük Ərdoğan başqa böyük yox” dedizdirib, alqışlatdırırdılar. Baş nazir də bunların ölümünə “normaldır” deyir. Məncə də normaldır. İşçilər buna layiq idi” deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm